<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Müjdəm mənim, Xoş Xəbərim,
 Müjdəm mənim, İncilimsən.
 Söz incimsən, inci kimi
 Ürəyimə düzül sən.

[C1]
   Allahımın nur qaynağı, ürəyimə süzül sən,
   Həyat sözü, çeşmə kimi ürəklərdə qayna sən.

[V2]
 Tut əlindən gücsüzlərin,
 Büdrəyib yolda qalmasın.
 Qüdrətini göstər dünyaya
 Səndən xəbərsiz olmasın.

[C2]
   «Xilas olsun hər bir insan», - deyir Allahım,
   Günahda qalaraq məhkum olmasın.

[V3]
 Müjdəm mənim, həyat sözü,
 Müjdəm mənim, müjdələn.
 Hikmət dolu ayələr,
 Açılsın bizlərə.

[C3]
   Sənə itaətdə heç kəs geri qalmasın,
   İtaətsiz olanlar aqibətin anlasın.

[V4]
 Müjdələnsin xilas sözü,
 Müjdələnsin ayələr.
 Hər kəlməndən qüdrət alar
 Sənə sadiq olanlar.

[C4]
   Rəbb sözünə əməl edən qalib gələcək,
   Müjdəyə sadiq qalan əbədi həyat görəcək.</lyrics>
<title>Müjdəm mənim, Xoş Xəbərim, İL490</title>
<hymn_number>490</hymn_number>
</song>